Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı əsassız iddialarla bağlı açıqlama yayıb.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – rəsmi məlumatda bildirilib.