Müğənnilər Günay İbrahimli və Çingiz Mustafayev uzun illərdən sonra bir araya gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Günay İbrahimli sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, iki sənətçi Moskvada görüşərək məkanların birində birgə “Saçlarına gül düzüm” mahnısını ifa ediblər.
“Ən son 16 il əvvəl “Yeni ulduz 7” mahnı müsabiqəsində bir səhnəni paylaşmışdıq. 16 il sonra təsadüfən görüşüb o illəri xatırladıq”, – deyə G.İbrahimli paylaşımında qeyd edib.
Qeyd edək ki, sözügedən yarışmanın yeddinci mövsümünün qalibi Çingiz Mustafayev olmuşdu.