Türkiyənin müdafiə naziri ​​NATO-nun baş katibi ilə görüşüb

Türkiyənin müdafiə naziri ​​NATO-nun baş katibi ilə görüşüb

Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı keçirilir.

Toplantıda Türkiyəni müdafiə naziri Yaşar Gülər ​​təmsil edir.

O, NATO-nun qərargahında ikitərəfli görüşlər keçirib.

İlk növbədə, Gülər ​​NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Danışıqlarda regional müdafiə və təhlükəsizlik, NATO-nun genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Gülər həmçinin, ​​İngiltərə, Estoniya, ​​Litvadan olan həmkarları ilə də görüşlər keçirib.

Bildirilir ki, NATO-Ukrayna Komissiyasının iclasında ilk olaraq 31 NATO müttəfiqinin müdafiə nazirləri iştirak edəcəklər.  Sonra ABŞ-nin rəhbərliyi ilə yaradılmış Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası keçiriləcək. Burada Ukraynanın müdafiə naziri Oleksey Reznikov bölgədəki prosesləri NATO ölkələrinə çatdıracaq və Ukraynanın hərbi ehtiyacları müzakirə olunacaq.

Mənbə: Haber Global

Share: