Rusiyada 56 yaşlı operator qadın kranın aşması nəticəsində həlak olub.
Faciə Novosibirskdə baş verib.
Qadın 30 metr hündürlükdən yıxılıb. Şahidlərin bildirdiyinə görə, yıxılan zaman operator əyləclərin sıradan çıxdığını qışqırıb.
Aşan kran, həmçinin 10 avtomobilə ziyan vurub.
Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.