Avropa Parlamentindən NATO-ya çağırış: Ukrayna alyansa dəvət olunmalıdır

Avropa Parlamentindən NATO-ya çağırış: Ukrayna alyansa dəvət olunmalıdır

Avropa Parlamentinin üzvləri NATO-nu Ukraynanın Alyansa inteqrasiyası prosesinə başlamağa çağıran qətnaməni təsdiq ediblər.

Deputatların fikrincə, Ukraynanın NATO və Avropa İttifaqına daxil olması regional və qlobal təhlükəsizliyi artıracaq.

Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında qətnamənin qəbul edilməsinin lehinə 425 deputat, əleyhinə 38 deputat səs verib. Avropa Parlamentinin 42 nümayəndəsi isə səsvermədə bitərəf qalıb. Onların fikrincə, inteqrasiya prosesi Ukraynada münaqişə bitəndən sonra başlamalıdır.

Mənbə: news.ru

Share: