83 yaşlı Hollivud ulduzu Al Paçinonun dördüncü övladı dünyaya gəlib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorla özündən 54 yaş kiçik prodüser sevgilisi Nur Əlfallanın körpəsi dünən doğulub.
Uşağın cinsiyyəti hələ açıqlanmayıb.
Qeyd edək ki, ötən ilin aprelindən Nurla eşq yaşayan aktyor üçün hamiləlik xəbəri sürpriz olmuşdu. O, sevgilisindən DNT analizi tələb etmişdi. Buna razılıq verən Nur testi vermiş və körpənin atasının Al Paçino olduğu üzə çıxmışdı.