Daha doqquz qadın 85 yaşlı amerikalı aktyor Bill Kosbini cinsi təcavüzdə ittiham edərək onu məhkəməyə verib.
Kulis.az xəbər verir ki, bu barədə NBC News xəbər verir.
İddia edilən qurbanların dediyinə görə, sənətçi onları cinsi xarakterli hərəkətlərə məcbur etmək üçün böyük gücü, nüfuzu və şöhrətindən istifadə edib.
Qeyd edək ki, bu günə qədər 60-a yaxın qadın Kosbi tərəfindən zorlandığını bildirib. Aktyor isə ona qarşı bütün cinsi təcavüz iddialarını rədd edir.