“Çukur” serialında canlandırdığı “Vartolu” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Erkan Kolçak Köstendil Şotlandiyaya istirahətə yollanıb.
Aktyoru onun həyat yoldaşı Cansu Tosun müşayiət edib.
Səfərdə diqqət çəkən məqam isə Erkan Kolçak Köstendilin şotlandiyalıların milli geyimi olan ətəkdə (kilt) foto çəkdirməsi olub.
“Çukur” serialında mühafizəkar kişi obrazı ilə yaddaşlarda qalan aktyorun ətək geyinməsi pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb.
Mənbə: Haber Global