Şəkidə evdə qaz sızması nəticəsində partlayış olub, 3 nəfər ağır xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayonun Aşağı Göynük kəndində baş verib.
Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Yusifova Şəlalə Nəsib qızı,
2021-ci il təvəllüdlü Soltanlı Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlı Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Məmmədov