Türkiyənin şimal şərqində yerləşən Bursa şəhərinə yağan leysan xüsusən piyadaların və nəqliyyatın hərəkətinə maneə törədib.
Həmçinin küçələri gölə çevirən güclü yağış səbəbindən bəzi evlər və iş yerlərini su basıb.
Bununla belə, təbiətin bu davranışından əylənmək üçün istifadə edən sakinlər də tapılıb.
Bir neçə bursalı yağış sularında balıq tutmağa da cəhd edib.
Mənbə: Haber Global