Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov atası ilə bağlı təsirli paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, M. Mənsimov bunu sosial media hesabında paylaşıb.
O, “Atalar günü” münasibətilə atasını təbrik edərək, onun barəsində təsirli sözlər yazıb.
Sözügedən paylaşımı təqdim edirik:
“Sənin əlini sıxıb, üzündən öpüb, səni qucaqlayıb bağrıma basaraq bugünkü “Atalar günü” münasibətilə təbrik etmək istərdim. Sən mənə həyat vermisən, sən mənə həyatda kişi kimi yaşamağı, haqqı nahaqqa verməməyi öyrətmisən. Övlad kimi, insan kimi nə əldə etmişəmsə, hamısı sənin zəhmətinin bəhrəsidir. Amma mən bu sözləri yazmaq yox, sənin nurlu üzünə demək istəyirəm. Səni “Atalar günü” münasibətilə təbrik edərkən sənin zəhmətdən qabar bağlayan əllərindən öpmək istəyirəm. Sənin timsalında bütün ataları təbrik edirəm. Yalnız bir arzum var hər kəsə: atalarınızın qədrini sağlıqlarında bilin”.