Roma Papası Fransisk xəstəxanadan çıxdıqdan iki gün sonra iyunun 18-də Müqəddəs Pyotr Meydanında xalqı salamlayıb.
O, ictimaiyyətə müraciətində sevgi, diqqət və dostluğa, həmçinin xəstəxanada olduğu müddətdə dualarla dəstəyə görə minnətdarlığını bildirib.
“Bu insani və mənəvi yaxınlıq mənim üçün böyük kömək və təsəlli oldu. Hamınıza ürəkdən təşəkkür edirəm”, – deyə Papa bəyan edib.
Qeyd edək ki, iyunun 7-də katolik kilsəsinin 86 yaşlı rəhbəri ikinci dəfə qarın boşluğu əməliyyatı keçirib.
Mənbə: gazeta.ru