Yaponiyada qızılın qiyməti rekord həddə çatdı

Yaponiyada qızılın qiyməti rekord həddə çatdı

Yaponiyada qızılın qiyməti rekord həddə çatıb.

Yaponiyanın qiymətli metal ticarəti ilə məşğul olan ən böyük şirkətlərindən biri “Tanaka kikinzoku” qızılın bir qramının qiymətini 9,876 yen (70,54 dollar) səviyyəsində müəyyən edib. Beləliklə, qızılın qiyməti bu ilin aprel ayı ilə müqayisədə 330 yen (2,36 dollar) və ya 3,4% artıb.

Qızılın bahalaşmasına bir sıra Amerika və Avropa banklarının iflası səbəb olub. Hazırda bahalaşmanın davam etməsinin isə yenin ucuzlaşması ilə bağlı ola biləcəyi bildirilir.

Mənbə: Gazeta.ru

Share: