Alman Naşirlər Assosiasiyasının Sülh Mükafatının builki laureatı Hindistan əsilli Britaniya-Amerika yazıçısı Salman Rüşdi olub.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Alman Nəşriyyatçılar Dərnəyi tərəfindən edilən açıqlamada mübariz şəxsiyyəti, həyata müsbət baxışı və söylədiyi hekayələrlə dünyanı zənginləşdirdiyinə görə Salman Rüşdinin bu mükafata layiq görüldüyü bildirilib.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer yazılı açıqlamasında Rüşdini təbrik edib.
Rüşdi mükafatını oktyabr ayında keçiriləcək mərasimdə alacaq. Rüşdiyə 25 min avro pul mükafatı da veriləcək.
Qeyd edək ki, Alman Naşirlər Assosiasiyası 1950-ci ildən Sülh Mükafatını verir.
Xatırladaq ki, Rüşdi 12 avqust 2022-ci ildə Buffalo yaxınlığındakı Chautauqua İnstitutunda mühazirə oxumaq üçün kürsüyə çıxarkən bıçaqla hücuma məruz qalıb və bir gözünü itirib.