Ukrayna milli kolleksiyalarından 16 ən simvolik əsər Luvr muzeyinə köçürüldü

Ukrayna milli kolleksiyalarından 16 ən simvolik əsər Luvr muzeyinə köçürüldü

Ukraynadakı Xanenko Muzeyi ilə dünyanın ən məşhur muzeylərindən biri olan Fransanın Luvr Muzeyi arasında əməkdaşlıq nəticəsində Ukrayna milli kolleksiyalarından 16 ən simvolik əsər məxfilik şəraitində Fransaya köçürülüb.

Kulis.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, paytaxt Kiyevdəki Xanenko Muzeyinin kolleksiyasından olan qədim eksponatlar hazırda dünyanın ən məşhur muzeylərindən biri olan Luvr Muzeyində nümayiş etdirilir.

Sərgidə nümayiş etdirilən bəzi eksponatların təxminən 1500 il yaşı olduğu qeyd olunub.

Luvr Muzeyindən verilən açıqlamaya görə, “Müqəddəs obrazın mənşəyi: Kiyevdəki Bohdan və Varvara Xanenko Milli İncəsənət Muzeyindən ikonalar” adlı sərgidə Fransaya köçürülən 16 əsərdən 5-i nümayiş etdirilir.

Bildirilib ki, beş əsərdən ibarət bu toplu həm Bizans sivilizasiyasının təməlində qoyulmuş klassik irsi, həm də Şərq xristianlığında bədii ifadəni səciyyələndirən obrazlarla özünəməxsus əlaqəsini göstərir.

Sərgi iyunun 14-də başlayıb və noyabrın 6-dək davam edəcək.

Ukrayna’nın savaştan kaçırılan sembolik eserleri Louvre Müzesi’nde - 2

Share: