Rusiyanın Şeremetyevo aeroportunda sərt eniş edən “SSJ-100”ün pilotu Denis Yevdokimov altı il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Belə bir cəzanı dövlət ittihamçısı tələb edib.
Hakim, həmçinin, iki zərərçəkmişin hər birinin 1,5 milyon rubl təzminat tələbini təmin edib. Bundan başqa, Yevdokimova üç il müddətinə təyyarə idarə etmək qadağası qoyulub.
“Məhkəmə Yevdokimovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (yol hərəkəti təhlükəsizliyi qaydalarını pozma) ilə təqsirli bilinərək, ona altı il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza kəsilməsi barədə qərar çıxarıb”, – deyə hakimin qərarında elan edilib.
Qeyd edək ki, söhbət 2019-cu ilin 5 may tarixində Moskvada baş verən faciədən gedir. Həmin vaxt Murmansk istiqamətində hərəkət edən “Sukhoi Superjet 100” (“SSJ-100”) təyyarəsi 28 dəqiqəlik uçuşdan sonra təcili olaraq Şeremetyevoya qayıdıb və sərt eniş edib. Eniş zamanı təyyarənin şassisi qırılıb və mühərriklər alovlanıb. Fəlakət nəticəsində təyyarədə olan 78 nəfərdən 41-i həlak olub.
Mənbə: RT