“YouTube” ABŞ prezidentliyinə namizədin videosunu sildi

“YouTube” ABŞ prezidentliyinə namizədin videosunu sildi

“YouTube” videohostinqi ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedinin videosunu silib.

Buna səbəb videoda vaksinasiya ilə bağlı yalan məlumatın yayılmasına dair şübhələr olub.

Kiçik Kennedi 35-ci prezident Con Kennedinin yaxın qohumudur (qardaşı oğludur).

Şirkətdən verilən açıqlamaya görə, videoda vaksindən sonra yaranan xroniki yan təsirlər barədə məlumatlar yer alır.

“Biz “YouTube”un vaksinlər haqqında dezinformasiya ilə bağlı ümumi siyasətini pozduğuna görə videonu sildik. “YouTube”un bu siyasəti vaksinlərin tibbi orqanlar tərəfindən tanınan nadir yan təsirlərdən başqa, xroniki yan təsirlərə səbəb olması kontentini qadağan edir”, – deyə “YouTube”un bununla bağlı press-relizində qeyd edilib.

Öz növbəsində, siyasətçi ABŞ prezidentliyinə namizədlərin media platformaları tərəfindən senzuraya məruz qalmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşdığını bildirib.

Mənbə: “NBC News”

Share: