“O qədər iş yeri yaratmaq olmur”

“O qədər iş yeri yaratmaq olmur”

“Azərbaycan dünyada əhalinin yaş indeksinə görə gənc dövlətlərdən sayılır. Ölkədə hər il 150 min insan dünyaya gəlir və əhalinin artım sürəti ilə iqtisadiyyatda yeni iş yerlərinin yaradılması arasındakı dinamika mənfidir. Çünki o qədər iş yeri yaratmaq olmur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində bildirib.

“Hər il 100 min insanın harada və necə işləməsi asan sual deyil. Adamlar təhsilli olarsa, iş axtaran insanlardan iş yaradan insanlara keçə bilərik. Əlbəttə, burada təhsilin keyfiyyətinin önəmi var”, – deyə nazir vurğulayıb.

Zaur Mirzə


Share: