Qremmi mükafatlı müğənni Taylor Svift 2024-cü ildə “Eras” turu ilə Avropadakı pərəstişkarları ilə görüşəcək.
Kulis.az xəbər verir ki, “Eras’ turunun beynəlxalq mərhələsi bu ilin avqustunda Mexikoda başlayacaq. Svift noyabrdan fevral ayına kimi istirahət edəcək, daha sonra Yaponiya, Avstraliya və Sinqapura səfər edəcək.
Turun Avropa mərhələsi 9 may 2024-cü ildə Parisdə başlayacaq və 26 yerdə davam edəcək. Daha sonra İngiltərədə 7 konsert verəcək Taylor Svift; Dublin, Amsterdam, Sürix, Milan, Gelzenkirxen, Hamburq, Münhen, Varşava və Vyanada azarkeşləri ilə görüşəcək.
Məşhur müğənni 2024-cü ilin avqustunda Uembli stadionunda qastrol səfərini başa vuracaq.