“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Gədəbəydə monitorinq və araşdırmalara başlanılıb”.
Bu barədə “Qafqazinfo”ya nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində inşa olunan süni gölün tikintisi ilə bağlı yaranan problemdən məlumatlıdırlar: “Artıq əməkdaşlarımız əraziyə yollanıb. Bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi ötən gün Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərin süni gölün tikintisinə qanunsuz müdaxilə etməsi ilə bağlı məlumat yaymışdı.