23-25 iyunda Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Böyük Dəbilqə turniri keçiriləcək.
“Qafqazinfo” Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, 3 gün davam edəcək turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı iştirak edəcək. Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
İdmançılarımız 26 iyun – 1 iyul tarixlərində Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, yarışda iştirak etməli olan cüdoçularımız 48 kq çəkidə Gültac Məmmədəliyeva, 60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, 73 kq çəkidə Hidayət Heydərov, 81 kq çəkidə Səid Mollayi zədəli olduqlarına görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən milli yığmanın heyətindən çıxarılıblar.
Onların zədələri uzun müddətli deyil, müalicələrinə dərhal başlanılıb. İdmançılarımız iyul ayının əvvəlindən etibarən məşqlərə geri dönəcəklər və 4-6 avqustda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Masters turnirində iştirak edəcəklər.
Qadınlar
48 kq
Leyla Əliyeva
Könül Əliyeva
52 kq
Aydan Vəliyeva
Kişilər
66 kq
Kəramət Hüseynov
Yaşar Nəcəfov
73 kq
İbrahim Əliyev
Nurlan Osmanov
81 kq
Zelim Tçkayev
90 kq
Murad Fətiyev
Elcan Hacıyev
100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov