Xalq artisti Flora Kərimova Bakıda xanımını və övladını öldürməkdə ittiham olunan şəxslə bağlı paylaşım edib
Kulis.az xəbər verir ki, sənətçi bununla bağlı instaqramda post paylaşıb.
“Başa düşməyə çalışıram, min səbəb, bəhanə gətirirəm. Bu, birinci deyil. Anaya-yoldaşına qıydın, qanı qanından, canı canında deyil. Bəs körpənə, qanı qanından olan dilsiz balaya necə qıymaq olar, ay “ata”?”, – deyə, Kərimova bildirib.
olay.az