Türkiyənin məşhur “MFÖ” qrupunun üzvü Özkan Uğurda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanıb.
Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı müğənninin 3 aydır reanimasiyada müalicə olunduğu məlum olub.
Sənətçi hazırda böyrəyi ilə bağlı narahatlıq yaşayır.
MFÖ qrupundan Fuat Güner Özkan Uğurun səhhəti ilə bağlı “Ağciyərindən maye çəkilib. Müalicəsini tamamlayıb tezliklə aramıza dönəcək” deyib.