Bu ölkə vətəndaşlarına Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq etdi

Bu ölkə vətəndaşlarına Rusiyaya səyahət etməmək barədə xəbərdarlıq etdi

Bolqarıstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyaya səfərin təhlükələri barədə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Bolqarıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Xarici İşlər Nazirliyi Bolqarıstan vətəndaşlarına Rostov vilayətində hərbi gərginlik və ölkədə iğtişaş riski ilə bağlı məlumatla əlaqədar ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edir. Rusiya Federasiyasının ərazisində mövcudluğunuz müstəsna əhəmiyyət kəsb etmirsə, planlarınızı dəyişdirməyi tövsiyə edirik”, – deyə məlumatda qeyd olunub.


Share: