Putinlə Paşinyan Rusiyadakı hadisələri müzakirə etdilər

Putinlə Paşinyan Rusiyadakı hadisələri müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan və Putin Rusiyadakı son hadisələri müzakirə ediblər.

Ermənistanın baş naziri vurğulayıb ki, Rusiyada baş verənlər bu ölkənin daxili işidir.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.


Share: