Çexiyanın Havliçkobrod bölgəsində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə iyunun 24-də regionun xilasetmə xidmətinin nümayəndəsi Petr Canacek məlumat yayıb.
“İlkin məlumatlara görə, təyarədə cəmi bir nəfər olub. Təəssüf ki, o aldığı xəsarətlərdən dünyasını dəyişib”, – Canacek bildirib.
Polis həmçinin qeyd edib ki, təyyarə qəzadan sonra alovlanıb.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Mənbə: iz.ru