Yunanıstanda yenidən parlament seçkiləri keçirilir.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 10 milyona yaxın insanın seçkidə səs verməsi gözlənilir.
Seçicilər parlamentə 300 deputat seçməlidirlər. 32 siyasi partiya öz namizədlərini irəli sürüb.
Qeyd edək ki, bu son ay ərzində Yunanıstanda keçirilən ikinci parlament seçkiləridir. Belə ki, mayın 21-i keçirilən seçki zamanı səslərin 40,7%-ni toplayan hakim “Yeni demokratiya” partiyası koalisiya hökuməti yaratmaqdan imtina edib.