Britaniya ordusunun baş qərargah idarəsinin keçmiş rəisi Riçard Dunnat Yevgeni Priqojinin Belarus ərazisindən Ukraynaya hücum edə biləcəyini deyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” nəşri məlumat yayıb.
Dunnat bildirib ki, Piroqjinin Belarusa getməsi narahatlıq doğrurur.
“Əgər o, ətrafında döyüş qabiliyyətinə malik qüvvələr saxlayıbsa, deməli, Kiyevə ən yaxın olan Ukrayna üçün yenidən təhlükə yaradır. Rusiya Kiyevi ələ keçirmək üçün növbəti cəhd zamanı “Vaqner”dən yaxşı istifadə edə bilər. Dünənki hadisələrin əks-sədaları kifayət qədər hiss olunacaq”, – keçmiş baş qərargah rəisi bildirib.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib. Şirkətin bölmələri artır Rostovu tərk edib.