İranın Sistan-Bəlucistan əyalətində son üç gündə toz fırtınası səbəbindən 330 nəfər xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, bu haqda Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi açıqlama verib.
Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi, 57 nəfərin müalicəsinin davam etdiyini bildirib.
Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını qeyd edib.