Zelenski Baydenlə Rusiyadakı vəziyyəti müzakirə etdi

Zelenski Baydenlə Rusiyadakı vəziyyəti müzakirə etdi

İyunun 25-i axşam saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Co Bayden arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“ABŞ Prezidenti Co Bayden bu gün Ukrayna lideri Volodimir Zelenski ilə danışıb. Liderlər Ukraynanın davam edən əks-hücum əməliyyatını müzakirə ediblər və Prezident Bayden ABŞ-nin Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardımlar da daxil olmaqla, sarsılmaz dəstəyini bir daha təsdiqləyib. Prezidentlər həmçinin, Rusiyadakı son hadisələri müzakirə ediblər”, Bayden administrasiyasının məlumatında qeyd olunub.


Share: