Tərkibində 24 fərqli antioksidant var — Bal qədər ləzzətli!

Tərkibində 24 fərqli antioksidant var — Bal qədər ləzzətli!

Tərkibində 24 fərqli antioksidant olan ağcaqayın siropu baldan daha az kalori ilə daha çox mineral və antioksidant konsentrasiyasına malikdir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qastroenterologiya mütəxəssisi, professor Vedat Göral ağcaqayın siropunun baldan daha sağlam olduğunu deyir.

Ağcaqayın siropunun tərkibindəki vitaminlər, minerallar və antioksidant komponentlər sayəsində ALS (amyotrofik lateral skleroz) və mərkəzi sinir sistemi xəstəliklərinin inkişafını dayandıra biləcək təsirlərə malik olduğu iddia edilir. Alzheimer xəstəliyinin müalicəsinə yardımçı ola bilər. Tərkibindəki antioksidant komponentləri ilə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

Qan təmizləyici xüsusiyyətə malik olan ağcaqayın siropu həzm sistemini tənzimləyir. Mədə və bağırsaqlarda yaranmış həzm pozğunluğu və şişkinliyə yaxşı təsir göstərir. Bədəndən toksinləri çıxarır və beləliklə, maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Həmçinin antibiotiklərin effektivliyini artırır.

Tərkibindəki antioksidantlar sayəsində ağcaqayın siropu artrit, iltihablı bağırsaq xəstəliyi və ya ürək xəstəliyi kimi bəzi xəstəliklərin qarşısını almağa kömək edən sağlam pəhrizin bir hissəsi hesab edilə bilər.

Ağcaqayın şərbətinin bitki mənşəli birləşmələri oksidləşdirici stressi azaldır ki, bu da bizi daha sürətli qocaltmağa və immunitet sistemimizin gücünü azaltmağa cavabdehdir. Eyni zamanda dərinin iltihabını, qızartısını, ləkələrini və quruluğunu azaltmağa kömək edir. O, həmçinin riboflavin, sink, maqnezium, kalsium və kaliumu ehtiva edir.

Bəs onu necə əldə etmək olar?

Ağcaqayın siropu xüsusi bir ağacın gövdəsinə kəsik atılaraq və suyu yığılaraq əldə edilir. Sonra qaynadılır və hazırlanır. Dünyadakı ağcaqayın şərbətinin demək olar ki, hamısı ABŞ  və Kanadada istehsal olunur.

Ağcaqayın siropunun glisemik indeksi var, buna görə də qan şəkərinizi tez yüksəltməyəcək. O, həmçinin antioksidantlar, hüceyrələrimizin oksidləşdirici stresslə mübarizə aparmasına və xəstəliklərdən qorunmasına kömək edən maddələrlə tanınır. 

Professorun sözlərinə görə, həm bal, həm də ağcaqayın şərbəti qoruyucu antioksidant fəaliyyət göstərir. Dadına gəldikdə, bal çiçəklərdən, ağcaqayın şərbəti isə ağacın gövdəsindən hazırlandığı üçün fərqli olur, lakin ağcaqayın şərbəti bir az daha sağlam seçimdir.

Əlbəttə, onun da zərərli tərəfləri var. 

Belə ki, ağcaqayın siropunu çox yemək qan şəkərinizi aşağı sala bilər və insulində dalğalanmalara səbəb olar. Həddindən artıq istehlak edildikdə, potensial çəki artımına və digər mənfi sağlamlıq təsirlərinə səbəb ola bilər. Xüsusilə diabetli insanlar mənfi təsirlərlə qarşılaşa bilər. 100 qram ağcaqayın siropu 260 kalori təmin edir və şərbətin 32 %-i su, 67 %-i karbohidratlardan ibarətdir. Tərkibində əhəmiyyətli protein və ya yağ yoxdur.


Share: