NATO rəhbəri Rusiya ilə Almaniyanı səhv saldı

NATO rəhbəri Rusiya ilə Almaniyanı səhv saldı

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, “Vaqner”in Rusiyadakı qiyam cəhdi “Alman rejiminin kövrəkliyini nümayiş etdirib”. Yaxınlıqdakı Almaniya müdafiə nazirinin təəccüblü etirazından sonra o, Rusiyanı nəzərdə tutduğunu deyib.

Hadisə bazar ertəsi Y.Stoltenberqin NATO sammitinə hazırlıq məqsədilə səfərdə olduğu Vilnüsdə mətbuat konfransı zamanı baş verib.

Stoltenberq həmçinin etiraf edib ki, alyans “yaxın həftələrdə və aylarda nə baş verəcəyini” proqnozlaşdıra bilməz.

Mənbə: TASS

Share: