Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.
Hadisənin şəxsi münasibətlər zəminində olan mübahisə zamanı baş verdiyi bildirilir.
Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.