Müğənni Pinkin pərəstişkarı anasının külünü onun ayaqları altına atıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, konsert zamanı Pink ayağının altında bir torba kül olduğunu görüb. O, oxumağı dayandırıb və onu götürüb. Fanatlardan biri bildirib ki, bu, anasının külüdür.
Müğənni təəccübünü gizlədə bilməyib: “Bu, sənin anandır? Bu barədə nə deyəcəyimi bilmirəm”.
Qeyd edək ki, Pink karyerasına 2000-ci illərin əvvəllərində başlayıb. 2000-ci ildə “Take Me Home” adlı debüt albomunu buraxıb. 2004-cü ildə o, “Trouble” mahnısı ilə ən yaxşı qadın rok mahnısı üzrə ilk Qremmi mükafatını qazanıb.