“Almalı” cihazlar üçün aksesuarlar seçərkən, bir çoxları pula qənaət etməyə çalışırlar: “Keysin nə fərqi?”, “Kabel elə kabeldir də”, “Daha ucuz kəmər də götürə bilərəm”. Aşağıdakı məqalədə bu cür düşüncələrin niyə bəzən xoşagəlməz fəsadlara səbəb olduğu və qənaətin qadcetləriniz üçün nə ilə nəticələnə biləcəyi barədə söhbət açmışıq.
Zədədən qorunma
Keys elə aksesuarlardandır ki, adətən “iPhone” ilə birlikdə alınır. Smartfon sizə hədiyyə verilibsə belə, onun qorunması üçün pula qənaət etmək məsləhət deyil. Orijinal “Apple” aksesuarları ən yüksək keyfiyyət standartlarına uyğun hazırlanır, dizayn və materiallar cihazın zərbələrdən, cızıqlardan və digər zədələrdən etibarlı müdafiəsini təmin edir. Eyni zamanda, orijinal olmayan “iPhone” keysləri qızışmaya meyilli olur, bu isə batareyanın dəyişdirilməsi ilə nəticələnə bilər.
Təhlükəsizlik və məlumatların qorunması
“Apple” aksesuarları ciddi şəkildə sınaqdan keçirilir və yüksək təhlükəsizlik standartlarına cavab verir. Məsələn, orijinal şarj cihazları və kabellər yalnız yüksək keyfiyyətli materialdan hazırlanır, ucuz analoqlar isə normadan yüksək və ya aşağı gərginlikli cərəyan ötürür. Belə gərginlik qadcetin batareyasını zədələyə və hətta yanmaya səbəb ola bilər. Bu isə telefonda saxlanılan vacib məlumatların itirilməsi deməkdir. Məhz buna görə ekspertlər cihazların iş qabiliyyətini təmin edən aksesuarlar üçün pula qənaət etməyi məsləhət görmürlər.
Batareyanın ömrünü uzatmaq üçün “iPhone” smartfonunuzu orijinal “Apple” aksesuarları ilə şarj edin. “Doğma” şarj qurğusu alovlanma və həddindən artıq yüklənməyə qarşı bir neçə səviyyəli müdafiəyə malikdir. Orijinal şarj qurğusu həm istifadəçinin sağlamlığı, həm də avadanlıqlar üçün zərərsiz, keyfiyyətli materiallardan hazırlanır. Digər tərəfdən, orijinal kabel və şarj qurğusu telefonu daha sürətlə şarj edir, bu isə vaxtınıza qənaət etməyə imkan verir.
Alim, Bakı:
“Bu hadisə həmkarımın başına gəlib, amma bundan daha çox insan zərər görə bilərdi. O, telefonun orijinal şarj cihazını itirdiyi üçün internet vasitəsilə daha ucuz qiymətə, orijinal olmayan cihaz almışdı. Bir gün həmkarım “iPhone”u ofisdə şarja qoşaraq nahara getmişdi. Bu zaman telefon tüstüləməyə başlayıb.Yaxşı ki, həmin vaxt əməkdaşlardan biri ofisdə olub və vaxtında müdaxilə edib”.
FOTO 2
Uyğunluq və funksionallıq
Orijinal olmayan aksesuarlar cihazınızla uyğun olmaya və ya “kiçildilmiş” funksiyalara malik ola bilər ki, bu da qadcetinizin potensialından tam istifadə etməyinizə imkan verməyəcək. Məsələn, “AirPods” bir anın içində “iPhone”, “Apple Watch”, “Mac”, “iPad” və “Apple TV”yə qoşulur. Bu cihazlar həmçinin bir göz qırpımında səs mənbələri arasında keçid edə bilir.
Saxta məhsul istehsalçıları “AirPods” qulaqlıqlarının dizaynını təkrarlaya bilərlər, amma çətin ki, alıcıları modellərin əsas üstünlükləri hesab olunan Başın hərəkətinin izlənməsi funksiyası, Şəffaflıq rejimi, məkan səsi və ya aktiv səs-küyün boğulması kimi funksiyalarla sevindirə bilsinlər. Qulaqlıqların bir dəfə şarj olunmaqla işləmə müddətinə də diqqət yetirin. “AirPods 2 Gen”də 5 saata, “AirPods 3 Gen” və “AirPods Pro 2 Gen”də 6 saata qədər (keyslə şarja qoşulduqda isə 30 saata qədər) musiqi dinləyə bilərsiniz.
FOTO 3
Toxunuş hissləri
“Apple” brendinin texnikası və aksesuarları təkcə keyfiyyət və innovasiyalar deyil, həm də müsbət emosiyalar və toxunuşun bəxş etdiyi xoş hisslər deməkdir. Orijinal “Apple Watch” kəmərlərinin məxməri səthinə bir dəfə toxunmaq kifayətdir ki, başqa heç bir varianta razılaşmayasınız. Yeri gəlmişkən, kəmərlər maksimum davamlı və elastik materialdan hazırlanır. Kəmərlərin hazırlandığı materialın tərkibinə xüsusi flüor tərkibli polimer daxildir ki, bu da onları yüksək temperatura, iqlim şəraitinə və aqressiv kimyəvi maddələrə qarşı davamlı edir. Bu isə brend aksesuarın uzun müddət istifadə edilə biləcəyindən xəbər verir. Bundan əlavə, bu kəmərlər saata ideal uyğunlaşır və etibarlı şəkildə bərkidilir, hətta əlinizdən düşsə belə saatı itirməyəcək və zədələməyəcəksiniz.
Zəhra, Gəncə şəhəri:
“Ad günüm münasibətilə mənə “Apple Watch” hədiyyə etmişdilər. Cəmi bir həftə sonra saatı itimizin ağzında çətinliklə ala bildim. Xoşbəxtlikdən, qadcetə heç bir şey olmadı, ancaq kəmər pis vəziyyətə düşdü. Oijinalı kəmər almaq istəmədim, əvəzində onlayn mağazadan demək olar ki, iki dəfə ucuz qiymətə ağ kəmər sifariş etdim. Heç bir ay keçmədi ki, kəmər saralmağa başladı və dəhşətli görkəm aldı. Saatın korpusu yerindən tərpənirdi, buna görə də hədiyyəni hər an itirə biləcəyimdən narahat idim. Belə çıxır ki, nahaq yerə pul xərcləmiş oldum. Bundan sonra bəxtimi sınamamaq qərarına gəldim və orijinal kəmər aldım. Artıq 7 aydır istifadə edirəm, amma təzə kimidir”.
FOTO 4
Dəstək və zəmanət
Orijinal “Apple” aksesuarlarını rəsmi tərəfdaşlardan almaqla siz istehsalçının rəsmi zəmanəti əldə etmiş olursunuz. Aksesuarın keyfiyyəti ilə bağlı hər hansı bir probleminiz və ya sualınız yaranarsa, tərəfdaşın dəstəyinə və məhsulun dəyişdirilməsinə arxalana bilərsiniz. “Apple” şirkətinin Azərbaycandakı rəsmi resellerləri “iPhone keyslərinə və “Apple Watch” kəmərlərinə – 90 gün, “AirPods” qulaqlıqlarına, şarj cihazlarına və kabellərə – 12 ay zəmanət təqdim edir.
Orijinal texnikanı “Apple” şirkətinin Azərbaycandakı rəsmi resellerlərindən əldə edə bilərsiniz: : iSpace, Kontakt Home, Irshad, Baku Electrinics, MyShops, Soliton, Maxi, Bytelecom.
Gördüyünüz kimi, orijinal aksesuarlar üçün pula qənaət bir çox hallarda daha böyük xərclərə səbəb ola bilər. Məlumatlarınızın və “Apple” cihazlarının təhlükəsizliyi, eləcə də onların uzunmüddətli işləməsi yalnız istehsalçı tərəfindən işlənib hazırlanmış aksesuarlardan istifadə edildikdə mümkündür. Əbəs yerə onların üzərində ən zəkalı insanlar işləmirlər ki?!
FOTO 5
FOTO 6