Polşada təşkil olunan III Avropa Oyunlarında Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın pley-offda rəqibləri müəyyənləşib.
“Report” xəbər verir ki, qrup mərhələsini mütləq nəticə (3 qələbə) ilə başa vuran Edi Reski Dviçayo kişi badmintonçuların şəxsi yarışında 1/8 finalda Finlandiya təmsilçisi Kalle Koljonenlə qarşılaşacaq.
Qadın badmintonçuların şəxsi yarışında ardıcıl 3 qələbə qazanaraq pley-offa qrup lideri kimi yüksələn Keişa Fatimə Zəhra isə 1/8 finalda isveçrəli Jenjira Stadelmanla üz-üzə gələcək.
1/8 final mərhələsinin görüşləri iyunun 29-da oynanılacaq.