“Həkimlərimiz var olsun, qayğıma qalırlar. Əziyyətimi çəkən insanlara həyatımı borcluyam”.
Axşam.az xəbər verir ki, bu sözləri xərçəngdən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər verilişlərin birində deyib.
O, ağciyərlərində problem yarandığını bildirib:
“Bir ay əvvəl Türkiyədə idim. Müalicəm davam edir. Üç aydan bir gedirəm. Müalicələrim ağciyərlərimə bir az problem yaradıb. O qədər canlı ifa etmişəm ki, fonoqram oxumağa utanıram”.