İyunun 28-də Serbiya Prezidenti Aleksandar Vuçiçin oğlu Danila Vuçiçin olduğu avtomobil Kosovo polisi tərəfindən saxlanılıb.
Prezident bildirib ki, oğlunun avtomobilində 3 dəfə axtarış aparılıb.
“Danilo artıq balaca deyil, o, Kurtidən (Kosovonun baş naziri – red.) daha cəsarətlidir. O üzərində “Təslim olmaq seçim deyil” yazılmış köynəkdə Priştinanın mərkəzində gəzib və dua etmək üçün Qraçanitsada liturgiyaya gedib”, – Vuçiç bəyan edib.
Mənbə: rossaprimavera.ru