Naməlum şəxslər Almaniyanın “Rammstein” rok qrupunun Berlindəki qərargahına hücum edərək pəncərələri sındırıblar.
Kulis.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, binanın üzərində “Cinayətkarlar üçün səhnə ayırmayın” yazısı yazılıb.
Hadisəyə görə məsuliyyəti radikal sol qruplaşmalardan birinin üzərinə götürdüyü bildirilir. Onların bəyanatına görə, rokçuların qərargahına hücum daha əvvəl qrupun solisti Till Lindemannı cinsi təcavüzdə ittiham edən qadınlarla həmrəylik məqsədilə həyata keçirilib.
“Rammstein” musiqiçiləri hələ də insidentə cavab verməyiblər.
Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.