Paşinyan onları vəzifədən azad etdi

Paşinyan onları vəzifədən azad etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə nazirin vəzifələrindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Sərəncamlara əsasən, Ermənistan fövqəladə hallar nazirinin birinci müavini Artyuş Qriqoryan, nazir müavini Ara Nazaryan və Fövqəladə Hallar Nazirliyinin baş katibi Lilit Mirzəxanyan tutduqları vəzifələrdən azad ediliblər.

Qeyd edək ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti iyunun 30-dan dayandırılır. Daxili İşlər Nazirliyinin tərkibində Fövqəladə Hallar, Polis, Miqrasiya xidməti və vətəndaşlıq idarələri fəaliyyət göstərəcək.


Share: