NATO iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammit zamanı Ukraynaya dəstək məqsədilə “güclü siqnal” göndərəcək.
Bu barədə iyunun 29-da Brüsseldə Aİ liderlərinin görüşü başlamazdan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
“NATO sammitində biz Ukraynanın üzvlük istəklərini müzakirə edəcəyik və mən tamamilə əminəm ki, NATO müttəfiqləri Ukraynaya güclü dəstək siqnalı göndərəcək”.
Stoltenberq əlavə edib ki, NATO-ya üzv olan bütün ölkələr Ukraynanın Alyansa qoşulmaq istəyini dəstəkləyir. O vurğulayıb ki, vaxtı gələndə müvafiq qərarı Rusiya deyil, yalnız Ukrayna və müttəfiqlər verəcəklər.
“Ən mühüm, təxirəsalınmaz vəzifə Ukraynaya dəstəyi davam etdirmək və onun Avropada suveren müstəqil dövlət kimi qələbəsini təmin etməkdir”, – NATO-nun baş katibi deyib.
Mənbə: tsn.ua