Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak benzinin ixracına deyil, daxili bazara tədarükünə diqqət etməyi tapşırıb.
“Energetika Nazirliyi və Federal Antiinhisar Xidməti “boz” ixracın qarşısını almaq üçün tədbirlər görməli, habelə neft şirkətləri tərəfindən neft məhsullarının ixracı üçün kvotaları işləyib hazırlamalı olacaqlar”, – o, bildirib.
Novak həmçinin birjada benzin satışı standartının 13%-ə qədər artırılmasını dəstəkləyib.
Bundan əlavə, o, bazarda vəziyyətin kəskinləşməsi halında standartların daha da artırılması imkanlarını müzakirə etməyi tapşırıb.
Mənbə: TASS