“Titanik”ə ekskursiya zamanı batiskafı qəzaya uğrayan “OceanGate” gəminin qəzaya uğradığı yerə səyahət üçün biletləri satmağa davam edir.
Müvafiq məlumat qurumun saytında yerləşdirilib.
İndi arzu edənlər 2024-cü il üçün tura bilet ala bilərlər. Səfərin qiyməti dəyişməyib və hələ də həddindən artıq yüksək – bir yer üçün 250 min dollar olaraq qalır.
Xatırladaq ki, iyunun 19-da “OceanGate” şirkəti turistləri “Titanik”in batdığı yerə çatdırmaq üçün nəzərdə tutulmuş ekipajla birlikdə sualtı cihaz – “Titan”ın yoxa çıxdığını təsdiqləyib. Sualtı qayıqda beş nəfər olub. Suya girəndən 1 saat 45 dəqiqə sonra onlarla əlaqə kəsilib.
Mənbə: Rambler