Avropa Şurası anti-Rusiya sanksiyalarının müddətinin daha altı ay uzadılması barədə qərar qəbul edib.
Məlumata görə, məhdudiyyətlər dekabrın sonuna qədər qüvvədə qalacaq.
Bildirilir ki, Macarıstan əvvəlcə buna qarşı olsa da, tezliklə məsələyə yaşıl işıq yandırmağa razılaşıb.
Xatırladaq ki, sanksiyalar neft idxalına qadağa, bir sıra Rusiya banklarının SWIFT-dən ayrılması, həmçinin bəzi Rusiya təbliğat mediasının Aİ ölkələrində yayımının dayandırılmasını əhatə edir.
Ümumilikdə, tammiqyaslı işğalın başlanmasından bəri Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edilib.
Mənbə: rbc.ua