Britaniyalı qadının evi smartfon adapterinə görə yandı

Britaniyalı qadının evi smartfon adapterinə görə yandı

İngiltərə sakini evindəki yanğının “iPhone”un şarj cihazı ucbatından baş verdiyini bildirib.

Emma Flaherti qızları ilə evdə olarkən ikinci mərtəbədən tüstü qoxusunu hiss edib. O, yataq otağına qaçıb, çarpayı və yastığın yandığını görüb. Yanğın tez bir zamanda bütün otağı bürüyüb. Buna görə də britaniyalı uşaqları götürərək küçəyə qaçıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər bir saat ərzində alovu söndürüblər. Daha sonra onlar Emmaya bildiriblər ki, yanğına səbəb smartfonun adapteri olub.

İndi britaniyalı başqalarını “ucuz və qeyri-rəsmi” mobil telefon doldurucularının təhlükələri barədə xəbərdar edir.

Təəssüf ki, Emma əmlakını sığorta etməyib, ona görə də itirdiyi əşyalara görə təzminat almayacaq.

Mənbə: gazeta.ru

Share: