Kulis.az Dantenin “İlahi komediya” əsəri haqqında maraqlı faktları təqdim edir.
Dünya ədəbiyyatının şah əsərlərindən olan və Dantenin edamı ilə nəticələnən “İlahi komediya” üç hissədən ibarətdir: Cəhənnəm, Əraf və Cənnət. Bu gün Dantenin cəhənnəm təsvirini daha dərindən araşdıracağıq.
Cəhənnəm neçə mərtəbəlidir? Hansı mərtəbədə nə yerləşir?
Dantenin 700 yaşlı “İlahi komediya”sını oxumamısınızsa da, yəqin ki, haqqında eşitmisiniz. “İlahi komediya”dakı cəhənnəmin adı “İnferno”dur və o, 9 mərtəbəlidir.
Hekayə 1300-cü ildə Müqəddəs Cümə günündən qabaq, gecə yarısı qaranlıq bir meşədə başlayır.
Dante qədim Roma şairi Vergilinin ruhu onu xilas etməzdən əvvəl üç yırtıcı heyvan – şir, bəbir və canavar tərəfindən təqib edilir.
Vergili Danteyə cəhənnəmdən keçməyə kömək etmək üçün göndərilib.
Onlar yeraltı dünyanın darvazasına çatırlar, darvazanın üstündə “Ey bura daxil olanlar, ümidlərinizi üzün” – yazılıb.
Əvvəlcə cəhənnəmin kənarına gəlirlər. Ora yaxşılıq etmiş insanlar üçün ayrılıb.
Bu qrup nə cəhənnəmin içindədir, nə də kənarında. Onlar Axeron çayının sahilində tələyə düşmüş qrupdur.
Qayıqçı Xaron onları Limboya aparır. Birinci qat xaç suyuna salınmamış, ancaq yenə də fəzilətli həyat sürənlər üçündür.
Burada Homer kimi şairlər, Platon, Yuli Sezar, Səlahəddin kimi şəxsiyyətlər var.
İkinci qat zinakarlar üçündür. Onlar şiddətli qasırğada əbədi fırlanmağa məhkumdurlar.
Girişi Minos qoruyur. Bu qapıdan cəhənnəmə daxil olan hər kəs günahlarını ona etiraf etməlidir; sonra Minos həmin insanları cəhənnəmdə aid olduqları yerlərə göndərir.
Üçbaşlı it Kerberus tərəfindən qorunan üçüncü qat acgözlükdə günahlandırılanlar üçündür.
Yeməkdə, içməkdə və dəbdəbədə həddi aşanlar…
Bu qarınqulular soyuqda, üfunətli lildə yaşamağa məcburdurlar.
Dördüncü qat xəsislikdə günahlandırılan, pul hərisləri və israfçılar üçündür.
Bu iki qrup iri, ağır çuvallarla bir-biri ilə əbədi döyüşmək məcburiyyətindədir.
Beşinci qat… Stiks çayı – qəzəblilərin məhv olacağı nəhəng bataqlıq.
Qəzəblənənlər ordusu üfunətli palçığın səthində bir-biri ilə vuruşur.
Beşinci qatdan sonra mələklərin qoruduğu və Stiks tərəfindən əhatə olunan Dis – yeraltı şəhəri gəlir.
Fleqyas Dante və Vergilini bataqlığın içiylə Dis darvazalarına aparır: fonda şəhər görünür.
Dante və Vergili bir mələyin köməyilə Disə daxil olurlar: yanan məzarlardakı bidətçilər…
Epikür, Müqəddəs Roma imperatoru II Frederik də buradadır.
Yeddinci qatda 3 halqa var. Birinci halqa Makedoniyalı İskəndər, Atilla kimi qatillər, müharibəni qızışdıranlar və qonşularına qarşı zorakılıq edənlər üçündür.
Onlar qaynayan qan çayında cəzalandırılırlar.
Alov yağan ikinci halqa özünə qarşı zülm edənlər, üçüncü halqa isə Allaha qarşı çıxan kafirlər üçündür.
Dante və Vergili səkkizinci qata tökülən nəhəng şəlaləylə qarşılaşırlar.
Canavar Geryonla səkkizinci qata gəlirlər.
“Malebolge” kimi tanınan səkizzinci qatda fırıldaqçılar üçün on xəndək var.
Birincidə cinlər təvavüzkarları qamçılayır.
İkincidə yaltaqlar nəcisdə basdırılır.
Üçüncü xəndəkdə dini istismarçılar, yəni dindən rüşvət aləti kimi istifadə edənlərdir ki, onlar başıaşağı basdırılıb, ancaq ayaqları çöldədir və daimi yanırlar.
Papa III. Nikolas da buradadır.
Dördüncü xəndəkdə sehrbazlar, astroloqlar, falçılar və yalançı peyğəmbərlər var.
Onların başları arxaya çevirilib. Önlərini görmürlər.
Beşinci xəndək… Qaynayan qatran gölünün içində rüşvətxor siyasətçilər, şantajçılar, qəsbkarlar. Qaçmağa çalışsalar, “Malebranş” adlı cinlər onları parçalayarlar.
Altıncı xəndəkdəki münafiqlərə qurğuşun paltarlar geyindirilib.
Yeddinci xəndək… Oğrular kərtənkələlər, ilanlar və digər vəhşi sürünənlər tərəfindən diri-diri yeyilir.
Səkkizinci xəndəkdə isə hiylə, məkr yayanlardır. Onlar nəhəng “alov top”larının altında, dərin çuxurdadırlar.
Doqquzuncu xəndək… Siyasi təfriqəçilər və iblisin qılınc zərbələri… Bəzilərinin əl-ayağı, bəzilərinin başı kəsilmiş, bəziləri isə tamamilə parçalanmışdır.
Onuncu xəndək… Fırıldaqçılar, yalançılar dəhşətli dəri xəstəliklərindən əziyyət çəkirlər. Onlar qaşınmaqdan dəli olurlar.
Səkkizinci qatın kənarında nəhənglərin zəncirləndiyi quyu var.
Nəhənglərdən biri Dante və Vergiliyə quyunun dibinə enməyə kömək edir.
Beləliklə, onlar doqquzuncu – xəyanətkaların olduğu qata çatırlar.
Dörd qatlı donmuş göl… Xəyanətkar günahının dərəcəsinə görə mərkəzə yaxın, yaxud uzaqdır…
Qabil və Mordred də bu qatdadır.
Nəhayət, cəhənnəmin dibi… Yerin tam mərkəzi… Allaha xəyanət etmiş Lusifer. Onun bədəninin yarısı buzun içindədir. Yəhuda Brutus və Kassiusu üç ağzı ilə yeyir.
Onlar Yerin ucqar küncünə qalxırlar və “İlahi Komediya”nın növbəti fəslinin başladığı Əraf dağına çatırlar…
Yeddi əsrdir ki, Dantenin yaradıcılığı oxucularını valeh edir, qorxudur və eyni zamanda ruhlandırır.