Mütəmadi qəhvə istifadə etməyin ürəkdə aritmiya döyüntüsünü aşağı salır.
Müstəqil.az xəbər verir ki, bu barədə Avstraliyanın Beyker institutunun tədqiqatçıları belə qənaətə gəlib.
Mütəxəssislər kofeinlə ürək ritminin pozulmasının əlaqəsinin axtarışına həsr olunmuş tədqiqatların nəticələrini təhlil ediblər. 228,4 min adamın iştirak etdiyi elmi işlərin birində göstərilir ki, qəhvə istifadə edəndə ürək ritminin fibrillyasiyası risqi azalır. 116 min xəstənin iştirak etdiyi başqa bir tədqiqatda ürək ritminin fibriliyyasiyasının 13% aşağı düşdüyü məlum olub.
Kofein əsəb sisteminin tənzimləyicisi rolunda hərəkət edir və ürək ritminin pozulmasına səbəb olan adenoizin qarşısını alır.