Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Prezident Ofisi məlumat yayıb.
“Fransa Prezidenti Makron bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə telefonla danışıb və ona ölkəsindəki vəziyyət barədə məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin təxirə salınmasını istəyib”.