Yeni mövsüm öncəsi “Kəpəz”də yenə maliyyə problemi yaşanır.
Bizim.Media xəbər verir ki, məhz bu səbəbdən komandanın hazırlıq planında məcburi dəyişiklik edilib.
İlkin olaraq Gəncə təmsilçisinin təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum şəhərinə getməsi planlaşdırılımışdı. Ancaq məhz maliyyə çətinliyi ucbatından hazırlıq ölkə daxilində keçiriləcək. Konkret olaraq, Azər Məmmədovun yetirmələri iyulun 3-dən Bakıda məskunlaşacaqlar.
Komanda burada iyulun 7-də “Səbail”, 13-də isə “Zirə” ilə yoxlama oyunu keçirəcək.