Çin öz istehsalı olan “CR450” yüksəksürətli qatarın sınaqlarını uğurla başa çatdırıb.
Məlumata görə, bu, nəqliyyat vasitəsi sürəti saatda 400 kilometrə çatacaq ilk qatar olacaq.
Məlumatda həmçinin qeyd olunur ki, saatda 350 kilometr sürətlə hərəkət edən qatar da Çin dəmir yolu nəqliyyatına məxsusdur.
Bildirilir ki, “CR450” yüksəksürətli qatar Pekindən Şanxaya qədər olan məsafəni 2,5 saata qət edə bilir.
Bundan əlavə, sözügedən model daha təhlükəsiz, enerjiyə qənaətcil və texnoloji cəhətdən daha inkişaf etmiş olacaq.
Mənbə: İzvestiya